BAKI, 3 sentyabr — Sputnik. Ukrayna NATO-nun üzvü olmadığı üçün Qərbin Kiyevə silah tədarükü qeyri-qanunidir. Bunu finlandiyalı siyasətçi Yohan Bekman "Ukraine.ru" saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyevi silahla təchiz edən Qərb ölkələri faktiki olaraq NATO nizamnaməsinin beşinci maddəsinə uyğun olaraq hərəkət edirlər. Bu maddədə alyansın bütün üzvlərindən birinə hücum zamanı qarşılıqlı müdafiəni nəzərdə tutulur. Lakin Ukrayna NATO-nun üzvü deyil, axı.
"Bu cür silahların tədarükü qanunsuzdur. Bu, beynəlxalq hüququn pozulmasıdır. Əgər Ukrayna NATO-nun de-yure üzvü olsaydı, bu, qanuni olardı", - deyə ekspert vurğulayıb.
O, tədarük edilən silahlara baxmayaraq Kiyevin döyüşlərdə uğur qazanmamasını NATO-nun Ukraynadakı planlarının iflasa uğraması adlandırıb.
"Heç bir uğur yoxdur. Bu, Ukrayna layihəsinin iflasa uğraması deməkdir", - deyə siyasətçi bildirib.
Bundan əvvəl ABŞ-ın Kiyevə 2,98 milyard dollar dəyərində ən böyük "hərbi yardım" paketini ayırması barədə məlumat yayılmışdı.