BAKI, 3 sentyabr - Sputnik. Nüvə arsenalı Rusiyanın saxlanılmasının ən yaxşı zəmanətidir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev belə bir fikir işlədib.
"SSRİ və o zamankı Rusiya (SSRİ dağılanda) rəhbərliyinin davranışlarının qiymətləndirilməsindəki bütün fərqlərə baxmayaraq, qeyd etmək lazımdır ki, onların İttifaqın nəhəng nüvə arsenalını yeni yaranmış milli mənzillərə dağıtmamağa ağılları çatıb", - o qeyd edib.

"O zaman bütün strateji nüvə arsenalı bizim ölkəmizdə qaldı. Və bizim tərəfimizdən çox yüksək səviyyədə qorunur. Bu böyük Rusiyanın qorunub saxlanılmasının ən yaxşı zəmanətidir", - Medvedev deyib.
Siyasətçi deyib ki, əgər nüvə silahı SSRİ dağılandan sonra yaranmış ölkələrə verilsəydi, "nəticələr bizim kiçik Yer kürəsi üçün sürətli və faciəvi ola bilərdi".
Medvedev həmçinin mütəmadi olaraq Rusiyanı parçalamaq barədə fikirlərin səsləndiyi Qərbin davranışının təhlükəli olmasına diqqət çəkib.

"Bu "xəyalpərəstlər" bilərəkdən sadə aksiomanı nəzərə almırlar: nüvə dövlətinin zorakı şəkildə dağılması həmişə ölümlə şahmat oynamaqdır, həmin oyunda isə şah və matın - Qiyamət gününün nə vaxt olacağı məlumdur", - o fikrini yekunlaşdırıb.