İDMAN

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Qeyd edək ki, əvvəlki mundiallarda fan-zonada pivə bütün gün boyu satılıb.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Qətərdə keçiriləcək DÇ-2022 pivə satışı ilə bağlı məhdudiyyətlər olacaq.
Apasport.az saytının məlumatına görə, oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək.
Bu içkilər oyunun startına üç saat qalmışa qədər almaq mümkün olacaq. Satış matç başa çatandan bir saat sonra bərpa edilə bilər.
Üstəlik, oyunöncəsi və sonrası satış tribunalar və arenanın içində deyil, stadionun ərazisində həyata keçiriləcək. FİFA-nın Dohadakı fan-zonasında pivə yerli vaxtla 18:30-dan 01:00-a qədər satılacaq.
Qeyd edək ki, əvvəlki mundiallarda fan-zonada pivə bütün gün boyu satılıb.
İDMAN
DÇ-2022 ilə əlaqədar Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib