RUSİYA

RF Müdafiə Nazirliyi Beynəlxalq Antifaşist Konqresinin hər il keçirilməsinə qərar verib

Şoyqunun sözlərinə görə, Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı göstərib ki, Qərbin Rusiyanı təcrid etmək cəhdləri mənasızdır.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Beynəlxalq Antifaşist Konqresi hər il keçiriləcək. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransda bildirib.
"Konqresdə qaldırılan məsələlərin aktuallığını, eləcə də geniş ictimaiyyətin ona olan böyük marağını nəzərə alaraq, belə görüşlərin hər il keçirilməsi qərara alınıb", - deyə Şoyqu qeyd edib.
Nazir həmçinin avqustun 16-da başa çatmış Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransının nəticələrinə yekun vurub.
"O, 70 ölkədən və 6 beynəlxalq təşkilatdan 700-dən çox nümayəndəni bir araya gətirib... Konfrans göstərdi ki, Qərbin ölkəmizi təcrid etmək cəhdləri mənasız olub", - deyə nazir bildirib.
Bu yaxınlarda xəbər verilib ki, avqustun 20-də Rusiya Müdafiə Nazirliyinin "Vətənpərvər" ("Patriot", Moskva vilayəti) Mərkəzində "Ordu-2022" forumu çərçivəsində Beynəlxalq Antifaşist Konqresi keçirilib.
Şoyqu yaxın günlərdə bəyan edib ki, "müasir hərbi-siyasi vəziyyət şəraitində neonasizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir".
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Şoyqu Ukraynanın əks-hücumunun məqsədini açıqladı