RUSİYA

Peskov Qazaxıstanla bağlı suala belə cavab verib

Kreml nümayəndəsinin sözlərinə görə, Moskva ümid edir ki, Qazaxıstanla tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiya ümid edir ki, Qazaxıstan sabit və firavan ölkə olacaq və onunla münasibətlər inkişaf edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz ikitərəfli münasibətlərimizin gələcəyini və Qazaxıstanın özünün gələcəyini yalnız ən parlaq şəkildə görmək istəyirik. Qazaxıstan bizim böyük tərəfdaşımızdır: həm ikitərəfli, həm də inteqrasiya formatları baxımından. Bizim ikitərəfli dialoqumuzu, müttəfiqlik və tərəfdaşlığımızın əhəmiyyətini qiymətləndirmək çətindir", - deyə o bildirib.
Peskovun sözlərinə görə, Moskva ümid edir ki, bu tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək:
"Əlbəttə ki, biz Qazaxıstanın çiçəklənən, özünə güvənən, möhkəm dayanıqlı, sabit ölkə olmasını istəyirik", - deyə o fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə xalqına müraciətində siyasi islahatları elan edib, həmçinin bu ilin payızında növbədənkənar prezident seçkiləri və 2023-cü ilin birinci yarısında parlamentin aşağı palatası üçün növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.