HƏRBİ

Zakir Həsənov Türkiyədə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib

Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
Sputnik
BAKI, 31 avqust - Sputnik. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfərdədir.
HƏRBİ
Türk dövlətlərinin hərbi rəhbərliyi Kalender Qəsrinə toplaşdı