BAKI, 30 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. ANAMA-nın Mətbuat Xidmətindən "Report"a daxil olan çağırışda deyilir:
"Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".
Qeyd edək ki, bu gün işğaldan azad edilən Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı baş verib. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb.
Zərərçəkmişə yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.
Əməliyyata cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.