AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil

Nazir deyir ki, təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməsi üçün çağırış edib.
Bu barədə Azərbaycan XİN başçısı "Twitter"də bildirib.
Nazir paylaşımında qeyd edib: "Bu gün Beynəlxalq İtkinlər Günüdür. Təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq".
CƏMİYYƏT
Altı hərbçi Vətən müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb