RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Ukrayna ordusu böyük itki verib

Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığındakı hücumunun dəf edilməsi zamanı Ukraynaya məxsus 26 tank, 23 piyadaların döyüş maşını, 9 digər zirehli döyüş maşını, 2 Su-25 təyyarəsi məhv edilib.
Sputnik
BAKI, 29 avqust - Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Xerson və Nikolayev vilayətlərinə hücum cəhdi Rusiya tərəfindən təsdiqlənib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının üç istiqamətdə hücuma cəhd etdiyini və Rusiya qoşunlarının fəal müdafiəsi nəticəsində Ukrayna ordusunun böyük itki verdiyini açıqlayıb.
Rusiya MN-nin axşam saatlarında yadığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığındakı hücumunun dəf edilməsi zamanı Ukraynaya məxsus 26 tank, 23 piyadaların döyüş maşını, 9 digər zirehli döyüş maşını, 2 Su-25 təyyarəsi məhv edilib.
Həmçinin Ukrayna tərəfinin 560-dan çox hərbi qulluqçusunu itirdiyi qeyd olunub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən nüvə tullantıları olan binaya pilotsuz təyyarə ilə hücuma cəhd edib.
"Avqustun 28-də Ukrayna qoşunları AES ərazisinə hücum etmək üçün pilotsuz uçuş aparatından istifadə edib. Ukraynaya məxsus Amerika istehsalı olan hücum pilotsuz uçuş aparatı nüvə yanacağı və bərk radioaktiv tullantılar saxlanan 1 nömrəli xüsusi binaya yaxınlaşarkən atıcı silahlardan atəşlə vurulub", - deyə o bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri tərəfindən vurulan pilotsuz təyyarə 1 saylı xüsusi korpusun damına düşüb. Ciddi dağıntıların və tələfatın qarşısı alınıb. "Zaporojye AES-in texniki personalı onun texniki vəziyyətinə və fasiləsiz işləməsinə nəzarəti davam etdirir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-ə pilotsuz təyyarə ilə hücuma cəhd edib