PAYTAXT XƏBƏRLƏRİ

Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Sabah saat 08:00-dan saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Xatırladaq ki, bundan əvvəl avqustun 27-si saat 08:00-dan avqustun 29-u saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinə qədər olan hissədə) aparılmış təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.