HADİSƏ

Tovuzda avtomobillər toqquşub, ölən var

Avtomobil qəzası nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda ən çox bu prospektdə qəza baş verir