BAKI, 28 avqust - Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyanın sentyabrın 2-də “Şimal axını” boru kəməri ilə qazı tamamilə kəsəcəyindən və onlara ölümcül zərbə endirəcəyindən ehtiyat edir. Bu barədə “Daily Express” nəşrinin analitiki Tibo Spirle bildirib.
“Rusiya qazı işə salacaqmı? Avropa İttifaqı xaos içindədir, çünki Rusiya onlara ölümcül zərbə vura bilər. Aİ liderləri Kremlin "Şimal axını-1"in daha uzun müddətə və bəlkə də təmamilə bağlana biləcəyindən narahatdırlar”, - deyə Spirle qeyd edib.
Analitikin sözlərinə görə, yayda “Şimal axını-1” artıq 10 günlük texniki xidmətə görə bağlanıb və bu, Avropada ciddi gərginlik yaradıb. Bu səbəbdən Avropa ölkələri öz qaz anbarlarını daha sürətlə doldurmağa başlayıblar. İndi Avropa qorxu içindədir, çünki sentyabrın 2-dən sonra Rusiyadan tədarük olmayacaq.
Ekspertlər bildirirlər ki, “Şimal axını-1” vasitəsilə tədarükün təmamilə kəsilməsi 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Eyni zamanda, Aİ-nin belə böyük kəsiri doldurmaq üçün layiqli tədarük alternativləri olmayacaq.
Avqustun 26-da Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı analitiki İqor Yuşkov bildirib ki, “Şimal axını-1” boru kəmərinin üç günlük planlı təmirindən Avropanın itkiləri “az” olacaq.