BAKI, 28 avqust - Sputnik. ABŞ Hərbi Dəniz Qüvvələrinin kreyserlərinin Tayvan boğazından keçməsindən sonra Çin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bunu Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Döyüş Komandanlığının Şərq Bölgəsinin rəsmi nümayəndəsi Şi Yi bildirib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin “Chancellorsville” və “Antietam” kreyserləri avqustun 28-də Tayvan boğazından keçərək hamının diqqətini cəlb edib.
ÇXAO Döyüş Komandanlığının Şərq Bölgəsi ABŞ kreyserlərini müşayiət və onların fəaliyyətinə tam nəzarət edib. Komanda bölmələri istənilən təxribatların vaxtında qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - deyə “WeChat” sosial şəbəkəsində yerləşdirilən məlumatda deyilir.