BAKI, 28 avqust - Sputnik. Rusiya heç bir mənfi nəticə vermədən Avropaya qaz tədarükünü bir il müddətinə dayandıra bilər. Bu barədə “Bloomberg” Britaniyanın “Capital Economics” şirkətinin analitiki Layam Piçin sözlərinə istinadən xəbər verir.
Analitikə görə, enerji qiymətlərinin yüksək olması səbəbindən tədarüklərin azalmasına baxmayaraq, Rusiya qaz satışından rübdə 20 milyard dollara qədər gəlir əldə edir.
Mart ayından bəri Avropada qazın qiyməti cümə günü ilk dəfə olaraq 1 min kubmetr üçün 3,5 mini ötüb. Elektrik enerjisi tariflərinin artırılması avropalılar üçün fəlakətə çevrilə bilər.
Bu yaxınlarda “Der Spiegel”nəşri Avropanın enerji bazarında qazın qiymətinin rekord həddə - 1 meqavat saatda 340 avroya yüksəldiyini qeyd edib.
Nəşrin məlumatına görə, qazın qiyməti artır, çünki Avropa ölkələri Rusiyadan yanacaq tədarükünün dayandırılmasından qorxurlar. 2022-ci ilin əvvəlindən qazın Avropa üçün qiyməti üç dəfədən çox artıb.