SƏHİYYƏ

Ölkədə psixiatrların sayı azalır

Azərbaycanda ruhi xəstə sayında ötən illərlə müqayisədə ciddi artım müşahidə olunur.
Sputnik
BAKI, 27 avqust - Sputnik. 2006-cı illə müqayisədə ölkədə psixiatrların sayı azalıb.
Bekə ki, Dövlət Statistika Komitəsinin yeni açıqlanan hesabatına görə, 2006-cı ildə ölkədə psixiatorların sayı 437, 2011-ci ildə 352, cari ildə isə 361 olub.
Əhalinin hər 10 min nəfərinə düşən psixiatrların sayı 2006-cı ildə 0,5 idisə, hazıra bu 0,4-dür.
Qeyd edək ki, Azərbaycanda ruhi xəstə sayında ötən illərlə müqayisədə ciddi artım müşahidə olunur.
Belə ki, rəsmi statistikaya əsasən 2015-ci ildə ruhi xəstələrin sayı 7764 nəfər idisə, 2022-ci ildə bu rəqəm 14409 nəfər olub.
CƏMİYYƏT
Koronavirusdan sonra beyində hansı problemlər yarana bilər - Psixiatr rəyi