QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçında Təcili Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb

Avqustun 26-dan etibarən Laçın şəhərin Azərbaycan Respublikasının nəzarətinə keçib.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb.
TƏBİB-dən verilən xəbərə görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib.
Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.
SİYASƏT
Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı - video