PAYTAXT XƏBƏRLƏRİ

Narkomaniya işə bağlı süjet hazırlayan blogerin avtomobili soyulub - VİDEO

Ötən gecə tanınmış bloger Nail Kəmərliyə qarşı soyğunçuluq edilib. Onun avtomobilindən çəkiliş avadanlıqları oğurlanıb, maqnitofon sırdırılıb.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Tanınmış bloger Nail Kəmərli hücuma məruz qalıb. Blogerin verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Səhər saatlarında "Niva" markalı avtomobilinə minərkən qapısının açıq olduğunu görüb. Məlum olub ki, avtomobildən ona məxsus əşyalar oğurlanıb:
"Avtomobilimi açarla açıb giriblər. Maşındakı kameranı, çəkiliş avadanlıqlarını oğurlayıblar. Maqnitofonu sındırıblar, amma aparmayıblar. Maşına başqa heç bir zərər verməyiblər".
N.Kəmərli bu hadisəni narkotik ticarəti ilə məşğul olanların etdiyini düşünür:
"Mənə elə gəlir ki, bunu narkotik ticarəti ilə məşğul olan insanlar edib. Fikrimcə bu, onların mənə olan təzyiqidir. Çünki mən neçə müddətdir onlara qarşı mübarizə aparıram. Təbii ki, bu da onların işinə mane olur. Hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Ümid edirəm ki, vaxtında bu işin üzərinə düşəcəklər".
Qeyd edək ki, bloger Nail Kəmərli narkotik qurbanlarını çəkib cəmiyyətə təqdim etməklə məşğuldur. O bundan başqa, narkotikdən əziyyət çəkən insanların müalicəsini də həyata keçirir.
CƏMİYYƏT
Bakıda narkomaniya ocağı barədə sujetdən sonra DİN əməliyyat keçirdi