BAKI, 25 avqust — Sputnik. Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov ("Kubinka") küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən dünən Cəlil Məmmədquluzadə ("Papanin"), Şimal şitilliyi ("Xutor"), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.