BAKI, 25 avqust — Sputnik. Bu gündən Bakıda Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yenilənməsidir. Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq.
Həmin müddətdə Tbilisi prospektindən yalnız Şəfaət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.