İDMAN

"Qarabağ"ın növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması hər kəsi sevindirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, xüsusi nümayəndəsi Emin Hüseynov və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov "Qarabağ"la bağlı xoş fikirlərini ifadə ediblər.
Sputnik
BAKI, 24 avqust - Sputnik. "Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”.
Bu sözləri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Twitter hesabında yazıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da Twitter-də "Qarabağ"la bağlı paylaşım edib.
“Doğma Qarabağımızın yadigarı Qarabağ futbol klubunu növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə ürəkdən təbrik edir və bu sevinci bizə yaşatdığı üçün ona təşəkkür edirik!”, - o, yazıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov da Twitter hesabında "Qarabağ"a təşəkkür edib:
"Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
İDMAN
"Qarabağ" Çempionlar Liqasına vida etdi