QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib

Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilir
Sputnik
BAKI, 24 avqust — Sputnik. Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.
O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.
Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.
Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir: "Ümidvarıq ki, gələcəkdə bu şirkətlərin sayı artacaq".
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.