İDMAN

Yeniyetmə cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Dünya çempionatına hazırlaşan cüdoçularımızın Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışı baş tutub.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Yarışda baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) çıxış edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, dünya çempionatına hazırlıqla bağlı yeniyetmələrdən ibarət millimiz avqustun 8-dən 13-dək Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışı baş tutub.
Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.