TƏHSİL

Azərbaycanda səksən bağça müdiri işdən azad edilib - Emin Əmrullayev

Emin Əmrullayev qeyd edib ki, bir neçə yüz direktor barəsində intizam tənbeh tədbirləri görülüb.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Uşaq bağçalarında 80 direktor işdən azad olunub. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, uşaq bağçalarında aparılan monitorinqlər demək olar ki, yekunlaşır. Onun sözlərinə görə, bu günə qədər, təxminən, 80 direktor işdən azad olunub və bir neçə yüz direktor barəsində intizam tənbeh tədbirləri görülüb:
"Ola bilsin oktyabr ayında bəzi bağçalarda pilot layihə olaraq uşaqlara isti yeməklərin verilməsinə başlanılsın".
Nazir həmçinin birinci sinfə qəbulun imtahanla aparılmasına da münasibət bildirib.
"Birinci sinfə şagird götürəndə onu imtahan etmək doğru deyil. Amma deyə bilərsiniz ki, bəs, nə üçün bəzi məktəblərdə imtahan tətbiq olunur? Çünki, elə məktəblər var ki, orada 200 yer var və orada 600 şagird oxumaq istəyir. Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var. Bütün məktəblərdə bu mexanizm tətbiq olunmur. Təkrar qeyd edirəm ki, xüsusi məktəblərə şagird qəbulu imtahanla aparılır", - E.Əmrullayev deyib.
TƏHSİL
Direktorlar zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdıra bilməyəcəklər - Nazir