BAKI, 22 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.
Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
© Photo : Ministry of Defence (Azerbaijan)
"Ordu Oyunları-2022"
Bu il "Beynəlxalq Ordu Oyunları-2022" 12 ölkədə, o cümlədən Belarus, Azərbaycan, Əlcəzair, Venesuela, Vyetnam, İran və Rusiyada keçirilir. Oyunlarda 37 ölkədən 270-dən çox komanda iştirak edir, o cümlədən yeni gələnlər arasında Niger və Ruanda da var.
Azərbaycan hərbçiləri "Ordu Oyunları-2022"nin dörd yarışında iştirak edirlər: "Tank biatlonu", "Dəniz kuboku", "Artilleriya atəşinin ustaları" və "Snayper həddi".
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
© Photo : Ministry of Defence (Azerbaijan)
Azərbaycan beşinci dəfədir ki, dəniz kuboku yarışına ev sahibliyi edir. "Dəniz kuboku" yarışı avqustun 27-dək davam edəcək
Sputnik İA "Ordu-2022" forumunun beynəlxalq informasiya tərəfdaşıdır.