BAKI, 21 avqust – Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin "DXR", Xarkov və Zaporojye vilayətlərindəki altı komanda məntəqəsini məhv ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin altı komanda məntəqəsi, o cümlədən Xarkov vilayətinin Roqan vilayətində 14-cü mexanikləşdirilmiş briqada, Yaqodnoye, Artemovsk rayonlarında 54-cü, 93-cü və 64-cü mexanikləşdirilmiş briqadaların batalyonları vurulub. "Donetsk Xalq Respublikası" və Zaporojye vilayətinin Çarivnesi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına 167 ərazidə zərbələr endirilib", - nazirliyin sözçüsü İqor Konaşenkov bildirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Odessa vilayətində "Kalibr" raketləri ABŞ-ın HIİMARS RYAS tipli raketləri üçün sursat anbarını məhv edib.
"Odessa vilayətinin Mayorskoye kəndi yaxınlığında "Kalibr" yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri ABŞ-ın HİMARS çoxsaylı buraxılış raket sistemləri və Qərb istehsalı olan zenit sistemləri üçün raketlər olan sursat anbarını məhv edib", - Konaşenkov bildirib.
Həmçinin, onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki aviasiyasının Zaporojye vilayətinin Qulyai Polya rayonuna endirdiyi zərbə 102-ci Ərazi Müdafiə Briqadasının hərbi texnika üçün nəzərdən tutulmuş yüz tondan çox dizel yanacağı olan anbarını məhv edib.
"Xerson vilayətinin Knyazevka qəsəbəsi yaxınlığındakı döyüş mövqelərində iki ABŞ M777 haubitsası məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.