RUSİYA

Parisdən Moskvaya təcili zəng: Makronla Putin nə danışıb?

Liderlər Rusiyanın nəzarəti altında olan Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Ukraynanın Rusiyanın nəzarəti altında olan Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.
Putin Makronu Ukrayna taxılının daşınması ilə bağlı İstanbulda əldə olunmuş razılaşmanın icrası barədə məlumatlandırıb.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan Zaporojye ətrafındakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir