BAKI, 19 avqust — Sputnik. Vaşinqton qarşısında Rusiyanın diplomatik əmlakının qanunsuz müsadirəsi ilə bağlı sual qaldırmağa davam edirik, lakin hələlik aydın cavablar almamışıq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində deyib.
Onun sözlərinə görə, 2016-2018-ci illərdə diplomatik mülkiyyət statusu ilə qorunan altı obyekt Rusiya diplomatlarına giriş hüququ olmamaqla ABŞ tərəfinin qeyri-qanuni mülkiyyətindədir.
"Biz amerikalılar qarşısında bu məsələni qaldırmağa davam edirik. Təbii ki, bunun nə qədər davam edəcəyi ilə bağlı dəqiq cavablar almırıq", - nazir müavini deyib.
Ryabkov etiraf edib ki, bu, həm də ABŞ tərəfi üçün "diplomatik sahədə zorakılıq həyata keçirmək" üçün bir növ üsuldur.
"Lakin biz lazımi vaxtda cavab tədbirlərimizi gördük, bütün bunlar hazırda elə donmuş vəziyyətdə qalır", - deyə o yekunlaşdırıb.