İDMAN

"Qarabağ" Çempionlar Liqasında topa ən çox sahib olan klubdur

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci, Türkiyənin "Trabzonspor" klubu 62 faizlə ikinci, Şotlandiyanın "Reyncers" klubu isə 56 faizlə üçüncü yerdə qərarlaşıb.
Sputnik
BAKI, 18 avqust — Sputnik. UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Statistik göstəricilərə görə, Azərbaycan təmsilçisi "Qarabağ" qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.
Belə ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyənin "Trabzonspor" klubu 62 faizlə ikinci, Şotlandiyanın "Reyncers" klubu isə 56 faizlə üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
FOTO
"Qarabağ"la "Viktoriya"nın oyunu heç-heçə başa çatıb