BAKI, 18 avqust — Sputnik. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın medallarının sayı 89 olub.
Azərbaycanın qazandığı medallardan 26-sı qızıl, 30-u gümüş, 33-ü bürünc əyarlıdır. Bununla da Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, medal əyarına müvafiq olaraq ilk üç yerdə Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla qərarlaşıb.
Xatırladaq ki, ölkəmiz 19 növ medal əldə edib: güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (1 qızıl, 1 gümüş, 6 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.