BAKI, 18 avqust — Sputnik. Bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri sivil ölkələrin ənənələrinə zidd olaraq anti-Rusiya əhval-ruhiyyəsini və gərginliyi artırır. Rusiya mediası xəbər verir ki, bunu sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Tino Krupalla bildirib.
"Bu addımlar anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır və sivil ölkələrin ənənələrinə ziddir. Qorxuram ki, bu, gərginliyi artıracaq və sülh danışıqlarını daha da çətinləşdirəcək", - Krupalla bildirib.
Bundan əlavə, o, məhdudiyyətləri xüsusi əməliyyata görə Rusiya vətəndaşlarının üzərinə kollektiv məsuliyyət qoymaq cəhdi adlandırıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.