RUSİYA

Volodin: "Qlobal iqtisadiyyatın Rusiyasız inkişafı mümkün deyil"

"Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Rusiyasız qlobal iqtisadiyyatın inkişafı qeyri-mümkündür, bunu anti-Rusiya sanksiyaları tətbiq edən ölkələrdə ÜDM-in aşağı düşməsi sübut edir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Sanksiyalar səmərəsiz oldu: Vaşinqton və Brüsselin Rusiya iqtisadiyyatına zərər vurmaq gözləntiləri, ABŞ və Avropa İttifaqının iqtisadiyyatı üçün bumeranq kimi zərbə vurdu", – Volodin “Telegram” kanalında yazıb.
O, arqument kimi analitiklərin proqnozlarını göstərib. Rusiya iqtisadiyyatı mart ayı ilə müqayisədə dəfələrlə yaxşılaşıbsa, ABŞ və Avropa İttifaqında bunun əksi müşahidə olunur.
"Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub.
Xatırladaq ki, yerli jurnalistlər Qərbin anti-Rusiya sanksiyaları və Moskvanın gördüyü cavab tədbirləri səbəbindən Yaponiyada suşi sənayesinin böhran yaşadığını bildiriblər.
Qərbin sanksiya siyasəti və Rusiyanın məcburi cavabı suşi sənayesində istifadə olunan qida məhsulları da daxil olmaqla, bahalaşmaya səbəb olub. Xüsusilə, 2022-ci ilin iyun ayında idxal edilən qızılbalıq və alabalığın qiyməti bir il əvvəllə müqayisədə 30 faizdən çox bahalaşıb.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.