https://sputnik.az/20220817/volodin-qlobal-iqtisadiyyatin-rusiyasiz-inkisafi-mumkun-deyil-445092789.html
Volodin: "Qlobal iqtisadiyyatın Rusiyasız inkişafı mümkün deyil"
Volodin: "Qlobal iqtisadiyyatın Rusiyasız inkişafı mümkün deyil"
Sputnik Azərbaycan
"Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub. 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T12:27+0400
2022-08-17T12:27+0400
2022-08-17T12:48+0400
vyaçeslav volodin
rusiya
qlobal
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 17 avqust — Sputnik. Rusiyasız qlobal iqtisadiyyatın inkişafı qeyri-mümkündür, bunu anti-Rusiya sanksiyaları tətbiq edən ölkələrdə ÜDM-in aşağı düşməsi sübut edir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib."Sanksiyalar səmərəsiz oldu: Vaşinqton və Brüsselin Rusiya iqtisadiyyatına zərər vurmaq gözləntiləri, ABŞ və Avropa İttifaqının iqtisadiyyatı üçün bumeranq kimi zərbə vurdu", – Volodin “Telegram” kanalında yazıb.O, arqument kimi analitiklərin proqnozlarını göstərib. Rusiya iqtisadiyyatı mart ayı ilə müqayisədə dəfələrlə yaxşılaşıbsa, ABŞ və Avropa İttifaqında bunun əksi müşahidə olunur."Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub.Xatırladaq ki, yerli jurnalistlər Qərbin anti-Rusiya sanksiyaları və Moskvanın gördüyü cavab tədbirləri səbəbindən Yaponiyada suşi sənayesinin böhran yaşadığını bildiriblər.Qərbin sanksiya siyasəti və Rusiyanın məcburi cavabı suşi sənayesində istifadə olunan qida məhsulları da daxil olmaqla, bahalaşmaya səbəb olub. Xüsusilə, 2022-ci ilin iyun ayında idxal edilən qızılbalıq və alabalığın qiyməti bir il əvvəllə müqayisədə 30 faizdən çox bahalaşıb.Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, qlobal
vyaçeslav volodin, qlobal
Volodin: "Qlobal iqtisadiyyatın Rusiyasız inkişafı mümkün deyil"
12:27 17.08.2022 (Yenilənib: 12:48 17.08.2022) "Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub.
BAKI, 17 avqust — Sputnik. Rusiyasız qlobal iqtisadiyyatın inkişafı qeyri-mümkündür, bunu anti-Rusiya sanksiyaları tətbiq edən ölkələrdə ÜDM-in aşağı düşməsi sübut edir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Sanksiyalar səmərəsiz oldu: Vaşinqton və Brüsselin Rusiya iqtisadiyyatına zərər vurmaq gözləntiləri, ABŞ və Avropa İttifaqının iqtisadiyyatı üçün bumeranq kimi zərbə vurdu", – Volodin “Telegram” kanalında yazıb.
O, arqument kimi analitiklərin proqnozlarını göstərib. Rusiya iqtisadiyyatı mart ayı ilə müqayisədə dəfələrlə yaxşılaşıbsa, ABŞ və Avropa İttifaqında bunun əksi müşahidə olunur.
"Aqoravox" fransız nəşrinin köşə yazarı Kalman Şnur bildirib ki, Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra öz başına zərbə vurub.
Xatırladaq ki, yerli jurnalistlər Qərbin anti-Rusiya sanksiyaları və Moskvanın gördüyü cavab tədbirləri səbəbindən Yaponiyada suşi sənayesinin böhran yaşadığını bildiriblər.
Qərbin sanksiya siyasəti və Rusiyanın məcburi cavabı suşi sənayesində istifadə olunan qida məhsulları da daxil olmaqla, bahalaşmaya səbəb olub. Xüsusilə, 2022-ci ilin iyun ayında idxal edilən qızılbalıq və alabalığın qiyməti bir il əvvəllə müqayisədə 30 faizdən çox bahalaşıb.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.