RUSİYA

Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 17 avqust - Sputnik. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
RUSİYA
Mişustin: Toxumçuluğun inkişafı Rusiyanın ərzaq təhlükəsizliyini təmin edəcək