BAKI, 16 avqust — Sputnik. Qərb nəyin bahasına olursa-olsun öz hegemonluğunu qorumağa çalışır və bu səbəbdən də digər ölkələri cilovlamaq siyasəti aparır. Rusiya Prezidenti Vladimir Putin bunu 16 avqust 2022-ci il tarixində beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
"Onların hegemonluğu bütün dünya üçün, bütün sivilizasiya üçün durğunluq, qaranlıqlıq və mədəniyyətin ləğvi, neoliberal totalitarizm deməkdir", - deyə dövlət başçısı vurğulayıb.
Vladimir Putinin sözlərinə görə, Qərb ölkələrinin bütün səylərinə baxmayaraq, getdikcə daha çox dövlət öz suverenliyini müdafiə etməyə çalışır və yeni çoxqütblü dünya düzəninin konturları artıq yaranır.
Daha əvvəl yazıldığı kimi, rusiyalı senator Aleksey Puşkov belə bir fikir ifadə edib ki, "hegemonluğun qorunub saxlanmasına yönəlmiş inadkar cəhd avropalılara da, Amerikalılara da baha başa gəlir". Bunu onların qiymətlərlə bağlı daxili problemləri və enerji çatışmazlığı sübut edir.