RUSİYA

Qərb məqsədli şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir - Putin

Rusiyanın dövlət başçısı Şimali Atlantika Alyansının şərq istiqamətində irəliləməsinə diqqət çəkib
Sputnik
BAKI, 16 avqust — Sputnik. "Kollektiv Qərb" məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir. Rusiya Prezidenti Vladimir Putin bu barədə 16 avqust 2022-ci il, çərşənbə axşamı beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, "NATO "təhlükəsizliyi gücləndirmək" adı altında şərqə doğru irəliləyir. Amma əslində bu, yalnız sabitliyin əsaslarını sarsıdır", - deyə Putin sözünə davam edib.
"Sözlə desək, bu, ikiüzlü şəkildə Avropada təhlükəsizliyin gücləndirilməsi zərurəti kimi elan edilir, amma reallıqda bunun əksi baş verir", - deyən Putin, Qərbin Rusiyanın dekabr ayında qarşılıqlı kollektiv təhlükəsizliklə bağlı təkliflərinə bir daha məhəl qoymadığını vurğulayıb.
Vladimir Putin deyib ki, "Rusiyanı ləğv etmək" cəhdləri uğur qazana bilməz.
"Mədəniyyətimizi ləğv etmək, Rusiyanı ləğv etmək üçün edilən bütün cəhdlər əbəsdir. Bu, sadəcə, axmaqlıqdır. Əksini düşünənlər isə təəssüf ki, tarix dərslərini öyrənməyiblər", - deyə Rusiya lideri əminliklə bildirib.
RUSİYA
Putin: "Bizim qondarma hegemon qarşısında əyilməyən çoxlu müttəfiqlərimiz var"