İDMAN

"Gənclik" metrostansiyası gücləndirilmiş iş rejiminə keçəcək

Həmçinin "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
Sputnik
BAKI, 16 avqust — Sputnik. "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin "Gənclik" stansiyası sabah matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək.
Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, saat 20:45-də başlanacaq qarşılaşmaya yollanacaq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bu stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Həmçinin "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
Ümumən gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Futbol oyununa azarkeş marağını nəzərə alaraq, görüş yekunlaşdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək. Ehtiyac yaranacağı halda, əlavə ehtiyat qatarlar xəttə buraxılacaq.
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.