BAKI, 16 avqust — Sputnik. İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.
"Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.
"Sputnik" Beynəlxalq İnformasiya Agentliyi "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarının rəsmi informasiya tərəfdaşıdır.