RUSİYA

Londonda Lavrovun "heç nə başa düşməyən" Consondan üstün olduğunu bəyan ediblər

Britaniyalı deputat Kris Brayantın fikrincə, Boris Conson Xarici İşlər Nazirliyinin rəhbəri kimi Rusiya ilə təmaslarda çox zəif olub.
Sputnik
BAKI, 15 avq — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Boris Conson Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri (2016-2018) olarkən onunla danışıqlar zamanı üstünlüyü tam ələ alıb. Bunu Böyük Britaniyanın Əmək Partiyasından olan deputatı Kris Brayant “Espreso”ya müsahibəsində bildirib.
Siyasətçi hesab edir ki, hazırkı baş nazir Xarici İşlər Nazirliyinin rəhbəri kimi Rusiya ilə təmaslarda çox zəif olub.
"Onun həmkarı Lavrov... Consonu hiyləgərliklə üstələyirdi və o, nə baş verdiyini belə anlaya bilmirdi", - deyə Brayant qeyd edib.
Bununla yanaşı, siyasətçi Rusiya ilə Britaniya arasında məhz hansı danışıqları nəzərdə tutduğunu söyləməyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasını şərh edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Consonun üç illik postunu tərk etməsi xəbərinə sakit reaksiya verib.
RUSİYA
Lavrov ABŞ-ın öz dominantlığını yaymaq cəhdlərini perspektivsiz adlandırıb