RUSİYA

Kiyev artıq vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirə bilməz - Volodin

Kiyevdə xərcləri kənar yardım hesabına kompensasiya etməyi planlaşdırırlar, büdcəni doldurmağın digər mənbəyi pul emissiyası ola bilər, lakin bu, kifayət deyil.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Ukrayna maliyyə müstəqilliyini itirib. Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram"da yazıb.
"Ukrayna iflas edib. Vaşinqton və Brüsselin köməyi olmadan Kiyev artıq vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirə bilməz", - deyə o bildirib.
Volodin qeyd edib ki, ölkədə toplanan vergilər ölkə büdcəsinin cəmi 40%-ni təşkil edir, Kiyev isə büdcənin 60%-dən çoxunu hərbi ehtiyaclara xərcləyir.
Onun sözlərinə görə, Ukrayna dövlət xəzinəsinin aylıq kəsiri 5 milyard dollar təşkil edir.
Bundan əvvəl "The Wall Street Journal" da Ukrayna büdcəsinin itkiləri barədə yazmışdı. Nəşr deyir ki, Kiyevdə xərcləri kənar yardım hesabına kompensasiya etməyi planlaşdırırlar, büdcəni doldurmağın digər mənbəyi pul emissiyası ola bilər, lakin bu, kifayət deyil.
Bundan əvvəl nəşr Kiyevin öz hərbi qulluqçularının maaşlarını ödəməkdə çətinlik çəkdiyini, lakin onlara görə maliyyə sisteminin sabitliyini riskə atmağa hazır olduğunu bildirmişdi.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Volodin: Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır