İDMAN

Böyük Britaniyanı təmsil edən həmyerlimiz ikinci dəfə Avropa çempionu olub

On yeddi yaşlı idmançı Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub. 17 yaşlı idman gimnastı Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.
O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. "Report"un məlumatına görə, Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub.
Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər.
Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.