BAKI, 13 avqust - Spurnik. Rusiyanın xüsusi hərbi əməliyyatının (XHƏ) tapşırıqları yerinə yetiriləcək, Qərbin Kiyevə milyard dollarlıq hərbi yardımı buna mane olmayacaq. Belə bir bəyanatla TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev çıxış edib.
“Vaşinqtonun diqqətdən kənarda qalan başqa bir məqamı qeyd etməmək mümkün deyil. Ukraynaya milyardlarla dollarlıq hərbi yardım bizim xüsusi əməliyyatın gedişinə ciddi təsir göstərmir. Onun məqsədləri və tapşırıqları yerinə yetiriləcək”, - deyə diplomat bildirib.
Eyni zamanda, Darçiyevin qeyd edib ki, “Ukrayna Silahlı Qüvvələrinə ötürülən silahların "qara və boz silah bazarlar"da yayılması ilə bağlı dünya birliyinin təhlükəsizliyi üçün olduqca real risklər var”.
Onun sözlərinə görə, Qərb silahlarının Kiyevə kütləvi şəkildə çatdırılmasının xüsusi hərbi əməliyyatın gedişatı və vaxtı ilə əlaqəsinə gəlincə, bunu RF xarici işlər naziri Sergey Lavrov aydın şəkildə müəyyən edib.
"Ukraynanın daha çox uzaqmənzilli silah sistemləri ilə təchiz edilməsi xüsusi əməliyyatın coğrafi məqsədləri yerinə yetirilməsi bir qədər də o tərəfə çəkiləcək”, - deyə o bildirib.
Diplomat bildirib ki, ölkəsi Ukraynanın qalan ərazilərində Rusiyaya "DXR", "LXR"-ə birbaşa təhlükə yaradan silahların saxlanmasına icazə verə bilməz.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasını elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denasifikasiyasıdır.
Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı tədricən çoxsaylı və irimiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb.
Bununla yanaşı, Qərb dövlətləri Kiyevə on milyardlarla dollar dəyərində qiymətləndirilən silah və hərbi texnika tədarük etməyə başlayıblar.