BAKI, 13 avqust - Sputnik. Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar. Müdafiə nazirliyindən verilən xəbərə görə,
Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.
Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də - yarışların birinci günündə çıxış ediblər.
Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti ölkəmizə gəliblər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək.