BAKI, 12 avqust — Sputnik. Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".
G.Məmmədova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın iki gün ərzində davam edəcək".