BAKI, 12 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 300 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 14 789 mln. kVt-saat təşkil edib (+2,9%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 13 586,8 mln. kVt-saat istilik (+0,9%), 1 146,8 mln. kVt-saat su elektrik (+33,8%) stansiyaların payına düşüb.
Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.