HƏRBİ

"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər
Sputnik
BAKI, 12 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.
"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.
HƏRBİ
Tankçılarımız "Tank biatlonu" müsabiqəsinə hazırlaşır