BAKI, 11 avqust — Sputnik. Coca-Cola HBC AG Rusiya bazarından tədricən çəkilmək qərarı verdikdən sonra 2022-ci ilin birinci yarısında 190 milyon avro itirdiyini bildirib. Bu barədə şirkətin bu ilin ilk 6 ayı üzrə rəsmi hesabatında deyilir.
"Coca-Cola HBC AG (CCH.L) cümə axşamı bildirib ki, ilin birinci yarısında birdəfəlik 190 milyon avro (195,36 milyon dollar) zərər görüb. Bu, Rusiyada Coca-Cola içkilərinin satışının dayandırılması ilə bağlıdır", - deyə hesabatda bildirilir.
Eyni zamanda, "Coca-Cola" şirkətin Rusiya Federasiyasından çıxması ilə bağlı itkilərinin bununla bitməyəcəyini gözləyir.
Rusiya bazarında işləməkdən imtinaya görə şirkətə dəyəcək əlavə zərər 2022-ci ilin ikinci yarısında 82 milyon avronu keçə bilər.
Coca-Cola Rusiyada fəaliyyətini tədricən dayandırmağa başladığını bu il martın əvvəlində elan edib.
Şirkət nümayəndələri Rusiya Federasiyasından çıxmalarının mümkün risklərini başa düşdüklərini, lakin yenə də belə bir qərardan imtina etməyəcəklərini bildirmişlər.