İDMAN

İslam Həmrəyliyi Oyunları: Azərbaycan komandası daha bir medal qazanıb

Taekvondoçumuz Patimat Abakarova rəqibi Nigeriya təmsilçisi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb
Sputnik
BAKI, 10 avqust — Sputnik. Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb. Taekvondoçumuz Patimat Abakarova (49 kq) rəqibi Nigeriya təmsilçisi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb.
Bununla da o, minimum bürünc medalı özü üçün təmin edib.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək 3 medal əldə edib. Atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal qazanıblar.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.