BAKI, 10 avqust — Sputnik. Azərbaycan ordusunun itkiləri hər zaman cəmiyyətin diqqətində olan əsas məsələlərdən birdir. Xüsusən də bu itkilər qeyri-döyüş şəraitində baş verəndə cəmiyyət tərəfindən daha çox narahatlıqla qarşılanır. Vətən Müharibəsindən keçən iki ilə yaxın bir müddətdə də ordumuzda qeyri-döyüş itkiləri qeydə alınmaqdadır. Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq həyatını itirən hərbi qulluqçular barədə məlumat verilsə də, post-müharibə dövründəki qeyri-döyüş itkilərimizin dəqiq sayı açıqlanmayıb.
Sputnik Azərbaycan qeyri-döyüş itkilərinin səbəbləri, psixoloji aspektləri, həlak olanların statusu ilə bağlı hərbi ekspertlərin fikirlərini öyrənib.
Mövzu ilə bağlı hərbi ekspertlər Elxan Şıxəliyev və Emin Həsənli fikirlərini bölüşüb.
Ekspert Emin Həsənli qeyd edir ki, dünyadakı bir çox ölkələrin ordusunda qeyri-döyüş itkiləri qeydə alınır və bu bütün hallarda cəmiyyətin diqqətini çəkir:
Daha sonra ekspert hərbi xidmət dövründə qeyri-döyüş şəraitində həyatını itirən şəxslərə də şəhid statusunun verilməsini məqsədəuyğun saydığını dilə gətirib:
"Amma burada beynəlxalq təcrübəyə istinad edilir. Təkcə Türkiyə silahlı qüvvələrində xidmət zamanı həyatını itirən istənilən şəxsə şəhid statusu verilir. Bizim ordumuz da Türkiyə modelinə keçdiyinə görə, düşünürəm ki, gələcəkdə bu məsələyə baxılacaq", - deyə Emin Həsənli bildirib.
Hərbi ekpsert Elxan Şixəliyev bildirib ki, qeyri-döyüş itkiləri xüsusi araşdırmalar nəticəsində qiymətləndirilir. Onun sözlərinə görə, bəzi hallarda buna görə həlak olmuş şəxsə şəhid statusu verilməyə də bilər:
"Ölüm halları fərdi qaydada araşdırılır və buna uyğun rəy verilir. Əgər hərbi qulluqçu hərbi tapşırığı icra edərkən həyatını itirərsə, ona şəhid status verilir".
Ekspert qeyri-döyüş şəraitində baş verən itkilərin psixoloji təsirlərinə də toxunub. O deyib ki, hərbi xidmət dövründə hərbi qulluqçunun həyatını itirməsi halında bəzən şəhidlik statusu verilməyə bilər:
Ekspert psixoloji faktorların qeyri-döyüş itkilərinə təsirləri barədə danışarkən bildirib ki, müharibə keçmiş şəxs xidməti davam etdirdiyi zaman intihar etmir:
"Amma mülkidən çağırılmış şəxslərdə vəziyyət fərqlidir. Mülki həyatdan qaynaqlanan səbəblər əksəriyyət hallarda qeydə alınan itkilərin əsas amilinə çevrilir. Bu baxımdan hərbi strukturlardakı mövcud tərbiyəvi işlər aparılması ilə məşğul olan idarələrin üzərinə böyük məsuliyyət düşür. Əgər müvafiq qurumların apardığı tərbiyə işləri effekt vermirsə, bu həmin strukturların işində müəyyən boşluqların olduğunu deməyə əsas verir. Bu idarələr hərbi qulluqçunu dinləməlidir, onun dərdlərinə qulaq asmalıdır. Düşünürəm ki, həmin idarələrin işində effektivlik olmasa idi, qeyri-döyüş itkilərin sayı arta bilərdi. Ümumilikdə götürdükdə isə, dünyanın ən inkişaf etmiş ordularında belə qeyri-döyüş itkiləri baş verir", deyə ekspert fikrini tamamlayıb.