BAKI, 8 avqust — Sputnik. Ukrayna silahlı qüvvələrinin hərəkətləri səbəbindən Zaporojye AES ətrafında vəziyyət hər gün daha təhlükəli olur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Aydın olanı nəzərdən qaçıra bilmərik: vəziyyət hər gün daha da təhlükəli olur. Biz mütəmadi olaraq MAQATE-yə yerindəcə yenilənmiş məlumatları göndəririk ki, bu da agentliyin məlumatlarında öz əksini tapır. Bu da ağılla düşünmək qabiliyyətini itirmiş Ukrayna silahlı qüvvələri komandanlığının cinayət əməllərini açıq şəkildə ifşa edir", - deyə Zaxarova bildirib.
Mariya Zaxarova
© AP Photo / Evgenia Novozhenina
Zaxarovanın sözlərinə görə, Kiyev rejimi Zaporojye atom elektrik stansiyasını atəşə tutmaqla faktiki olaraq bütün Avropanı girov götürür.
"Gecə baş verən qətllər Böyük Vətən Müharibəsi dövründən bəri məlum olan Bandera ideologiyasının tərəfdarlarının xarakterik dəst-xəttidir. İndi onlar nəinki Rusiya və Ukrayna xalqlarını hədəfə alırlar. Avropa boyu öz nasist bütləri naminə ona od vurmaqdan çəkinmirlər", - deyə diplomat Zaporojye AES-in Ukrayna tərəfindən atəşə tutulmasını şərh edərkən bildirib.