BAKI, 8 avqust — Sputnik. Əgər kiçik ev təmiri işləri zamanı əlləriniz super-yapışqana bulaşıbsa, heç bir halda onu qoparmağa çalışmayın. Bu sözləri həkim-terapevt Oleq Abakumov öz "Telegram2 kanalında yazıb.
Onun sözlərinə görə, əlinizə bulaşan super-yapışqandan xilas olmaq üçün dərini qıcıqlandıran vasitələrdən istifadə etmək olmaz.
"Xalq reseptləri, məsələn, dəriyə aseton vurmaq termal yanığa səbəb ola bilər ki, bu da uzun müddət müalicəyə gətirib çıxaracaq", - deyə həkim bildirib.
Əl üçün antiseptik, arxiv şəkli
© Depositphotos.com / Andrey Popov
Onun sözlərinə görə, belə hallarda tez-tez istifadə edilən aseton dəridə allergiyaya və dərinin yanmasına səbəb ola bilər, çünki asetondan istifadə etdikdə onu çox sürtmək lazımdır.
Həkim bildirib ki, yapışqanı ən yaxşı yumşaldan maddə hamının tanıdığı vazelindir:
"Onu nazik qatla yapışqana bulaşmış hissəyə sürtmək lakin ovuşdurmamaq məsləhətdir".
Производство препарата азатиоприн на предприятии "ЮжФарм"
© Sputnik / Виталий Тимкив
/ Mütəxəssis onu da qeyd edib ki, ələ bulaşmış yapışqanı yağ və marqarinlə də təmizləmək mümkündür.
"Əgər dəridə kiçik bir zədə əmələ gəlibsə, onu xlorheksidinlə müalicə etmək və üzərinə plastır yapışdırmaq lazımdır".